Zelenskidən HÜCUM ANONSU: "Daha bir neçə səfər..."
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşüb.
Publika.az xəbər verir ki, Ukrayna lideri hava hücumundan müdafiə sistemləri və digər hərbi yardımlara görə Berlinə təşəkkür edib.
Görüşdən sonra keçirilən mətbuat konfransında Zelenski əlavə edib ki, Almaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrini dəstəkləməyə davam etmək üçün cari və gələcək illər üçün təxminən 11 milyard avro ehtiyat ayırıb.
“Ukraynanın cəbhədəki fəal hərəkətləri davam etməlidir və davam edəcək”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin bildirib ki, Ukrayna ordusu Qərbin dəstəyi ilə bu il Rusiyanın məğlubiyyətini “dönməz” edə bilər.
Zelenski Ukraynanın əks-hücumun aktiv mərhələsini nə vaxt başlayadacağı ilə bağlı suala cavab olaraq deyib: "Daha bir neçə səfər və bu qədər!