bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zelenski: “Ukrayna Silahlı Qüvvələri iki min rusiyalı hərbçini əsir götürüb”

16-03-2022, 22:22 52 dəfə baxılıb

Zelenski: “Ukrayna Silahlı Qüvvələri iki min rusiyalı hərbçini əsir götürüb”
Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin iki min rusiyalı hərbçini əsir götürdüyünü bildirib.

“Artıq iki min əsir var, şahidlər var, video sübutlar və onların təzyiq olmadan verdikləri ifadələr var”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynaya əzab gətirən, insanların həyatına son qoyan bütün cinayətkarlar cavab verməlidir.

“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində törədilmiş heç bir hərbi cinayət və insanlığa qarşı cinayət cəzasız qalmamalıdır. Hər bir günahkar, icraçılardan tutmuş işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinə qədər, beynəlxalq hüquqi və cinayət məsuliyyətinə cəlb edilməlidir", - Zelenski əlavə edib.

Mənbə: rbc.ua






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30