Rusiyadakı Türkiyə vətəndaşları kimə səs veriblər? - İLK RƏQƏMLƏR
Türkiyədə keçirilən prezident seçkiləri zamanı Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrində səs verən Türkiyə vətəndaşlarının yarıdan çoxu (54,47%) müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Rusiya Federasiyasında hazırkı prezident Tayyib Ərdoğanı seçicilərin 38,26 faizi, ATA ittifaqının namizədi Sinan Oğan isə 4,24 faiz səs toplayıb. Hətta namizədliyini geri götürən namizəd Məhərrəm İncə 3,03% səs toplayıb.
Türkiyə Mərkəzi Seçki Komissiyası onun üçün verilən səsləri etibarlı hesab edəcəyini açıqlayıb