Bazarda qızılın bahalaşması alıcılıq qabiliyyətinə necə təsir edib? - VİDEO
Bakının qızıl bazarında bahalaşma müşahidə edilir.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, mövcud vəziyyət bazarda alıcılıq qabiliyyətinin də enməsinə səbəb olub.
Satıcılar da təsdiq edirlər ki, son vaxtlar Türkiyə qızılının qiymətində kəskin artım müşahidə olunur.
Bu da bazarda alıcılıq qabiliyyətinin düşməsinə və durğunluğa səbəb olub.
Amma bazarda təkcə Türkiyə qızılının qiyməti deyil, eləcə də İtaliya istehsallı məhsulların da qiymətində ciddi dəyişiklik hiss olunur.
Ekspertlərin fikrincə, maliyyə bazarında qeyri-müəyyən vəziyyət olduğu üçün qızıl qiymətləri yüksəlir. Mütəxəssislər hesab edirlər ki, buna görə də investorlar konkret qərar qəbul etməkdə çətinliklə üzləşirlər.
Daha ətraflı süjetdə