bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukrayna MN: “Ordumuz Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır”

22-05-2023, 10:22 1 dəfə baxılıb





Ukrayna ordusu Baxmutu tam da olmasa mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında məlumat yayıb.

O, bildirib ki, rusiyalılar Baxmutu mühasirəyə ala bilməyib və şəhər ətrafındakı hakim yüksəkliklərin bir hissəsini itirib.

“Döyüşçülərimiz şəhərətrafı ərazilərdə irəliləməyə davam edir ki, bu da düşmənin Baxmutda qalmasını çətinləşdirir”, - Malyar vurğulayıb.

Qeyd edək ki, mayın 20-də “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bəyan edib ki, guya onun muzdluları Baxmutun bütün ərazisinə nəzarət edirlər. Bu məlumat Ukrayna rəsmiləri tərəfindən təkzib olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031