bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Şirkətlər Qarabağdakı layihələr üçün kapital bazarından maliyyə cəlb etməyi planlaşdırır

25-05-2023, 11:13 0 dəfə baxılıb


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yeni layihələr yerli borc bazarının inkişafına güclü təkan verə bilər”.

“Report” xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycanda keçirilən görüşlərin yekunlarına əsasən deyib.

“Bu layihələr həm dövlət büdcəsi, həm də özəl investorlar hesabına maliyyələşdirilir. Eyni zamanda, irimiqyaslı maliyyə ehtiyaclarını və banklarda kredit limitlərinin tükəndiyini nəzərə alaraq, şirkətlər kapital bazarlarında layihələrin maliyyələşdirilməsi üçün vəsait cəlb etməyi planlaşdırır. İstiqrazların yerli bazara çıxarılmasının lehinə olan əlavə arqument girovun olmamasıdır”, - o qeyd edib.

Beləliklə, onun sözlərinə görə, potensial emitentlər öz maliyyə hesabatlarının keyfiyyətini yaxşılaşdırmağa çalışırlar.

“İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin maliyyələşdirilməsinə ehtiyac ildə 3-4 milyard manat həcmində qiymətləndirilir ki, bu da hesablamalarımıza görə, ÜDM-in təxminən 2,2-3 faizini təşkil edir. Bu, həm də “yaşıl maliyyələşdirmə” alətlərinin yerləşdirilməsi üçün potensial yaradır”, - “Qazprombank”ın baş iqtisadçısı söyləyib.

Onun sözlərinə görə, hazırda təkrar bazarda investorlar üçün platformaların hazırlanması istiqamətində iş aparılır:

“Xarici investorlar həmçinin brokerlər vasitəsilə həm ilkin, həm də təkrar bazarlarda Maliyyə Nazirliyinin qiymətli kağızlarına investisiya qoya bilərlər. “Euroclear” və “Clearstream” ilə əməkdaşlıq gündəmdə qalmağa davam edir, lakin yerli borc bazarının həcminin daha da artırılmasını tələb edir.

Maliyyə Nazirliyi həmçinin Dünya Bankı ilə birgə Azərbaycanın ən iri banklarının iştirakı ilə dövlət qiymətli kağızlarının təkrar bazarının inkişafı mexanizmlərini təmin edəcək dövlət borcunun risklərinin idarə edilməsi proqramı üzərində işləyir. Düşünürük ki, belə bir mexanizmin tətbiqi yerli borc bazarının həcminin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930