bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə Prezidenti: “Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür”

29-05-2023, 12:58 1 dəfə baxılıb


“Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistan Prezidenti Şevket Mirzoyeyov zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.

O qeyd edib ki, bu gün Türkiyə əsrinin qapısı açılıb: “Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Türk xalqı 28 mayda tarix yazdı. Qarşımızda 2024-cü il var. Həmin ildə İstanbulumuzu yenidən qazanmaq üçün çox çalışacağıq”.

Onun sözlərinə görə, bundan sonrakı əsas hədəf xalqın birliyinə sahib çıxmaqdır:

“Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Qardaş ölkə prezidentləri sevincimizi bizimlə bölüşürlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031