Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır
Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün xərclər artırılır.
Oxu.Az xəbər verir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 000 milyon manat artırılması nəzərdə tutulur.
Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070 milyon manat təşkil edəcək.