bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Separatçılar Əliyevin son təklifindən imtina etdi - Ordumuz Xankəndiyə girir

30-05-2023, 17:54 1 dəfə baxılıb





Prezident İlham Əliyev mayın 28-də Laçında çıxışı zamanı Xankəndidə hələ də qalan separatçılara seçim təklifini verdi: təslim olduqları təqdirdə, amnistiya haqda düşünmək olar;

Əliyevin çıxışının motivləri rəsmi Bakının təklifinin son olduğunu deməyə əsas verir. Bakıda müzakirələrin keçirilməsinə dair iki təklifdən imtina edildiyini xatırladan Prezidentin “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” sözləri də bunu deməyə əsas verir.

Bu konkretləşdirilmiş çağırışa separatçıların hansı cavab verəcəyi hadisələrin inkişafını da müəyyən edəcək amildir. Əslində Qarabağdakı mövcud vəziyyət, xüsusilə Laçın postunun qurulmasından sonra separatçıların xarici aləmlə bağlantılarının tamamilə Bakının nəzarətinə keçməsi, Ermənistan da daxil olmaqla üçüncü bir qüvvədən dəstək imkanının olmaması onlar üçün bu çağırışın yeganə xilas yolu olduğunu göstərir. Lakin separatçı rejimin bütün ünsürlərinin verdikləri açıqlamlar onların çağırışdan imtina etdiyini və ya real vəziyyəti ciddiyə almadıqlarını ortaya çıxardı.

Separatçılar “müstəqil ölkə” olduqlarını iddia edir, təslim olmayacaqlarını bildirirlər. Açıqlamalarından belə nəticə çıxır ki, cari dövrdə “ermənilər soyqırıma məruz qalır” iddiası ilə beynəlxalq təşkilatlara üz tutacaqlar. Hətta istisna deyil ki, öz iddialarını “təsdiq etmək” məqsədilə erməni əhalisinin qətlə yetirilməsi səhnəciklərini də qura bilərlər. Lakin bunun nəticə verəcəyi mümkünsüz görünür:

Birincisi, beynəlxalq müstəvidə Azərbaycanın gündəliyi qəbul olunur;
İkincisi, Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyinə zəmanət verir, separatçıların atdıqları addım əslində beynəlxalq müstəvidə qəbul olunan “Bakı ilə Qarabağdakı erməni əhalisi arasında təmasların qurulması” gündəliyinə qarşıdır;

Üçüncüsü, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hansısa bəyanat, yaxud Bakıya edilən çağırışların heç bir praktiki tərəfi yoxdur, hər şey söz yığını olmaqdan o yana keçmir;
Dördüncüsü, Əliyevin Laçın postundan bəhs edərkən, “bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq” açıqlaması onları Moskvanın da xilas edə bilməyəcəyi deməkdir;

Döyəcək qapıları qalmamasına baxmayaraq, separatçıların təslim olmaq və amnistiyadan yararlanmaq imkanından imtina etmələri Bakıya “bəlkə ağıllanarlar” gözləntisi ilə indiyə qədər təxirə saldığı praktiki addımları atmaqdan başqa yolu qoymur. Əslində Əliyevin məsələni “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək” formasında qoyması da hadisələrin bu istiqamətdə inkişafı gözləntisini artırır. Əgər separatçılar yaxın dövrdə mövqelərini dəyişdirməsə, “boyunlarını büküb təslim olmasalar” Azərbaycan Ordusunun kazarmalardan çıxacağı və Xankəndi, eləcə də sülhməramlıların müvəqqəti nəzarətində olan digər ərazilər istiqamətində hərəkət edəcəyi qaçılmaz olacaq.

Bu kontekstdə Müdafiə Nazirliyinin dünən açıqladığı məlumatlarda diqqətçəkənə mühüm detallar yer alır.

- qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər;
- qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub;

Separatçıların bu təxribatı təslim olmayacaqlarını əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır. Lakin eyni zamanda, bu, ordumuzun hərəkətə keçməsi üçün də zəminin formalaşması deməkdir. Yaxın dövrdə qeyri-qanuni erməni silahlı dəstələrinin legitim hədəf olaraq ordumuz tərəfindən məhv edilməsi və Xankəndidə mərkəzi hakimiyyətin nəzarətinin bərpası prosesinin şahidi ola bilərik






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930