Dünya çempionatı: Azərbaycanın daha iki taekvondoçusu mübarizəyə başlayır
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha iki təmsilçisi mübarizəyə başlayacaq.
54 kq çəki dərəcəsində yarışan Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonov (Özbəkistan) - Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 46 kq-da mübarizə aparan Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) - Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl mübarizəyə başlayan Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.
Dünya çempionatı iyunun 4-də başa çatacaq.