Ərdoğan Azərbaycana minnətdarlıq etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Ankarada səlahiyyətlərinin icrasına başlaması mərasiminə qatılan ölkələrə minnətdarlığını bildirib.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərindən sonra formalaşan Nazirlər Kabinetinin ilk iclasından sonra televiziya ilə xalqa müraciətində bildirib.
“Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına təşəkkürümüzü bildirirəm. 5 mindən çox qonağın iştirakı ilə andiçmə mərasimimizi keçirdik. Mərasimdə iştirak edən bütün dövlət və hökumət başçılarına, xüsusən də həmvətənlərimə təşəkkür etmək istəyirəm. Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına minnətdarlığımızı bildirirəm. Bildirmək istərdim ki, minlərlə kilometr uzaqdan gələrək göstərdikləri lütfkarlığı heç vaxt unutmayacağam", - Ərdoğan deyib.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.