Məcburi köçkünlərin yataqxanasının həyətində tikilən ev kimə məxsusdur? - VİDEO
Yataqxananın həyətində ev tikilir.
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Teymur Yaqubov küçəsi 8 ünvanında yerləşən dəmir yolu yataqxanasının həyətində qeydə alınıb.
Belə ki, ərazidə aparılan tikinti işləri yataqxana sakinlərinin qəzəbinə səbəb olub.
Yataqxanada məskulaşan məcburi köçkünlər iddia edirlər ki, bir neçə gündür inşasına başlanan yarımtikili həyətin bir hissəsini zəbt edir. Tikinti işlərinə isə elə həmin yataqxanada yaşayan şəxslərdən biri rəhbərlik edir.
Məsələ ilə bağlı tikintini aparan İsa adlı şəxs bildirib ki, tikintini aparmaq üçün heç bir dövlət orqanından icazə almayıb. Onu da əlavə edib ki, həyət evi tikirmiş, yaxın günlərdə sökəcək.
Çəkiliş apardığımız zaman əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbə nümayəndəsi də gəlib.
O, da sakinlərin narazılığına səbəb olan tikinti işlərinin qanunsuz icra olunduğunu təsdiqləyib.
Qurumun əməkdaşı bildirib ki, yarımtikilinin sökülməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinə də məlumat veriləcək.
Daha ətraflı süjetdə: