bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Prezident: “Yüzlərlə həmvətənimizin dünyanın ən mötəbər klinikalarında çalışması qürurverici haldır”

17-06-2023, 10:30 0 dəfə baxılıb


“Qürurverici haldır ki, Azərbaycan tibb təhsilinin və elminin yetirdiyi yüzlərlə həmvətənimiz dünyanın müxtəlif guşələrində ən mötəbər klinikalarda çalışır və yüksək peşəkarlıqları ilə seçilərək xalqımızı layiqincə təmsil edirlər. Onlar ölkəmizin hüdudlarından çox-çox uzaqlarda olsalar da, qəlbləri daim doğma Azərbaycanla döyünür. Qırx dörd günlük Vətən müharibəsi zamanı könüllü şəkildə ön cəbhəyə yollanan ağxalatlı qəhrəmanlarımızın simasında bu, bir daha təsdiqini tapdı”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunun iştirakçılarına müraciətində ifadə edib.

“İştirakçısı olduğunuz simpozium təbabətin ayrı-ayrı sahələrindəki yeniliklərin paylaşılması və xaricdə məskunlaşmış həkim soydaşlarımızın öz nəzəri və təcrübi bilikləri ilə Azərbaycan səhiyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərə yüksəkixtisaslı tibbi kadrlarımızla birgə töhfələr vermələri üçün potensial imkanların üzə çıxarılması məqsədi daşıyır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti ümidvar olduğunu bildirib ki, simpoziumda tibb elminin çağırışları işığında innovativ metodlardan istifadəni nəzərdə tutan geniş fikir, təcrübə mübadiləsi və dolğun müzakirələr aparılacaq, qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri müəyyən ediləcək






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031