bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi

27-06-2023, 09:00 1 dəfə baxılıb




Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi polis polkovniki Oruc Əmiraslanov vəzifəsindən azad edilərək, Ağsu Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.O. Əmiraslanov indiyədək bir sıra vəzifələrdə o cümlədən, Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, sonradan həmin rayonun polis şöbəsinin rəis müavini vəzifələrində çalışıb.Nazirin digər əmri ilə Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini polis polkovnik-leytenantı Anar Xəlilov vəzifəsindən azad edilərək Hacıqabul Rayon Polis Şöbəsinin rəisi təyin edilib. A.Xəlilov bu günə qədər bir çox vəzifələrdə, o cümlədən Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi və həmin rayonun polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifələrində xidmət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30