bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan məğlubiyyətdə erməni ordusunu suçladı

27-06-2023, 09:00 0 dəfə baxılıb





“Nə istədinizsə, verdik. Nə lazım idisə, deyərdiniz”

Hurriyyet.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan 2020-ci ilin payızında baş verən 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasındakı çıxışı zamanı işğalçıların məğlubiyyətində erməni ordusunu ittiham edib.

Paşinyan deyib: “Baş Qərargahın mənə hesabatında bildirilirdi ki, genişmiqaslı müharibə olacağı təqdirdə bizə çətin olacaq, lakin Ermənistanın Silahlı Qüvvələri ilə ilə Ordusu həm də əldə edilən texnika sayəsində qarşısına qoyulan məqsədi yerinə yetirəcəklər. Çünki HHM sistemləri, planlaşdırılmış və planlaşdırılmamış silahlar alınmışdı.

Satın alınmış SU-30SM məsələsi də bu qəbildəndir. Mən siyasi hakimiyyət olaraq Orduya deyirdim ki, sizə nə lazım olduğunu deyin və onu alacaqsınız. Dedilər ki, SU-30SM-lər lazımdır. Mən aldığım bu müasir təyyarələrin alınmasının məqsədyönlülüyü barəsində mənə göndərilmiş yazılı təhlili alandan sonra Müdafiə Nazirliyinə yönləndirdim və MN cavabında bildirdi ki, onlar müzakirə aparıblar və bu təyyarələrin lazım olmasında təkidlidirlər. Lazımdırsa, buyuruan alın! Daha nə lazımdır? HHM sistemləri lazımdır! Bunun üçün nə qədər pul gərək olduğunu hesabalayın və pulu alın! Daha nə lazımdır?”

Hürr Tərcüman






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031