bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vardanyanın milyardları Qarabağda daimi sülhü əngəlləyir… – FAKT BUDUR…

27-06-2023, 09:00 1 dəfə baxılıb




ABŞ-ın tanınmış “Forbes” jurnalı Ruben Vardanyanı Ermənistan və Azərbaycan arasında davamlı sülhün qarşısını alan lider adlandırıb.

DİA.AZ xəbər verir ki, məqalədə vurğulanır ki, Vardanyan saxlanılaraq Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

“Mayın 28-də Vardanyan özünün rusdilli Teleqram kanalında bildirib ki, separatçılar “Azərbaycanla heç bir müqavilə imzalamamalıdırlar. Vardanyan bir müddətdir ki, separatçılarla əlaqə saxlayır. Vardanyan özünün “Twitter” səhifəsində “insan haqları məsələləri ilə bağlı yazır və regionu Ermənistanla birləşdirən yolun qondarma “blokadası”ndan danışır”, – jurnalda qeyd olunur.

Bildirilir ki, Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə “ixrac edilən” kriminal oliqarx, vaxtilə separatçıların qondarma “dövlət naziri” olmuş Vardanyan çox güman ki, fərdi sanksiyalar riskinin qarşısını almaq üçün öz “vəzifəsini” tərk edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930