bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Fuad Nurullayev: “Qurban bayramında heyvan kəsimi əvəzinə pul paylamaq, ərzaq alıb vermək olmaz”

28-06-2023, 14:00 5 dəfə baxılıb


“Əksər məscidlərdə bayram namazı saat 09:00-10:00 arası qılınır. Yalnız Əjdərbəy məscididir ki, orada bayram namazı saat 08:00-da qılınır”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

“Bu da ondan irəli gəlir ki, orada sünni-şiə camaatı vəhdətdədir. Onların bir qismi namazı qılıb gedir, daha sonra digərləri gəlir”, - sədr müavini əlavə edib.

Fuad Nurullayev rayon və şəhərlərdə namaz vaxtının məscid rəhbərləri tərəfindən təyin olunmasını tövsiyə edib:

“Bayram günü insanlar qurban kəsimindən sonra da namaz qıla bilərlər. Qurban günü heyvanın kəsilməsi dinimizdə yalnız Məkkədə olan insanların üzərində bir növ öhdəlikdir”.

“Bizdə dövlət səviyyəsində bayram iki günlük olsa da, İslam dinində qurban bayramı üç gündür. Heyvan kəsimi də üç gün ərzində həyata keçirilə bilər. Maddi vəziyyəti normal olan, ailəsini dolandıra bilən şəxslərin qurban kəsməsi məqsədəuyğundur. Bayramda heyvan kəsimi əvəzinə pul paylamaq və yaxud da o pula ərzaq alaraq kimlərəsə vermək olmaz”, - deyə sədr müavini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930