ƏSAYİŞİN KEŞİYİNDƏ
Bu gün cəmiyyətimizdə yaşayan hər bir kəsin təhlükəsizliyinin qorunmasında polis işçilərinin əməyini xüsusi qeyd etmək lazımdır. Həmişə asayişin keşiyində ayıq-sayıq olan polis işçilərimiz barəsində xoş sözlər nə qədər yazılsa, nə qə dər deyilsə, yenə də azdır.
Asayişin qorunmasında xüsusi əməyi olan polis işçiləri 2 iyulda peşə bayramlarını xüsusi təntənə ilə qeyd etdilər. Həmişə öz fədakarlıqları ilə asayiş keşiyində dayanan bu mərd insanlar nümunəvi xidmətləri ilə seçilirlər. Dövlətimizin və dövlətçilik prinsiplərimizin ənənəvi olaraq yekdil bir həqiqətə zəmin yaratması təhlükəsizlik prinsiplərindən həlledici dərəcədə asılıdır. Bu səbəbdən ictimaiyyətdə tərəqqi edən prioritet məsələlərdən biri kimi ictimai asayiş vacib zərurət doğurur. İnsanlar arasında maarifləndirmə işi aparmaq çox doğru va məntiqli bir haldır. Çünki cəmiyyət üzvləri bütövlükdə hamılıqla polis və onun işi, fəaliyyəti barədə eyni biliyə malik deyildir. Bəzən baş verən narazılıqlar məhz bu səbəbdən yaranır. Odur ki, ilk əvvəl insanlar ictimai asayiş və təhlükəsizlik məsələlərinin nə olduğunu, bu işin isə nə üçün məhz polis tərəfindən hayata keçirildiyini bilməlidirlər.
Nümunəvi peşə təcrübəsi ile seçilen polis işçilərindən olan Hafiz Məmmədov, Rövşən Mirəliyev, Novruzov İsmayıl, Məmmədov Kərim, Kərimov Zaur, Sadiq Abbasov, Anar Məmmədov, Niyaməddin Səfərov, Yaqub Priyev, Azad Əliyev və başqaları olmaqla bütün asayiş keşikçilərini bu şərəfli və məsuliyyatli peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara bu masuliyətli işlərində nailiyyətlər arzu edib deyirik:
- Qoy sevib-seçdiyiniz bu peşə ilə daima qürur duyasınız. Bayramınız mübarək!
Ceyhun Vaqifoğlu