bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

​ “Növbəti Brüssel görüşü Ermənistanın manevr imkanlarının tükəndiyini təsdiqləyir”​

16-07-2023, 13:00 0 dəfə baxılıb

​ “Növbəti Brüssel görüşü Ermənistanın manevr imkanlarının tükəndiyini təsdiqləyir”​

Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı sülh danışıqlarının davam etməsi müsbət haldır. Təbii ki, görüşdə müzakirələr mahiyyəti üzrə davam edirsə, bu, irəliyə doğru addım kimi dəyərləndirilə bilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin koordinasiya etdiyi görüşün yekunlarına dair bəyanatından da aydın olur ki, budəfəki müzakirələr daha əhatəli olub. Sayca 6-cı görüşün əsas uğurlarından biri ərazi bütövlüyü məsələsinə sadiqliklə bağlıdır. Belə ki, Ermənistan baş naziri bu görüşdə də Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini növbəti dəfə tanıdığını bəyan edib. Delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiqlik bir daha təsdiq olunub. Separatçıları ən çox hiddətləndirəm məsələ də budur. Belə ki, onlar öz müqddəratını təyinetmə ilə bağlı hələ də əsassız iddialar səsləndirməkdədirlər. Lakin müzakirələrin gedişatı bir daha təsdiqləyir ki, Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işidir və separat niyyətlər danışıqlar masasında da qəbul olunmur.
Brüssel görüşündə həmçinin kommunikasiyaların açılmasına dair də müzakirə davam edib. Son iki ayda əldə olunan irəliləyişlər Brüssel tərəfindən də təqdir olunur. Hətta Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başalmaq üçün maliyyə töhfəsi verməyə də hazırdır. Bu isə o deməkdir ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanı qalmayıb. Şarl Mişelin bəyanatında həmçinin əsas prioritetin sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorikanın dayandırılması da əksini tapıb. Bu da Ermənistanın intensivləşən təxribatlara son qoymasına dair tələb kimi dəyərləndirilə bilər. Payızda tərəflərin yenidən bir araya gəlməsinə dair razılığını nəzərə alsaq, bu müddəti Ermənistanın dayanıqlı sülh istiqamətində praktik addımlar atması üçün imkan hesab etmık olar. Sadəcə, bu imkanı səmərəli dəyərləndirmək vacibdir. Ermənistan Qranadada Fransa Prezidentinin iştirakına arxayın olub təxribatlar törətməkdənsə, vaxtdan və imkandan düzgün istifadə etməlidir. Çünki yeganə çıxış yolu dayanıqlı sülhü təmin etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930