bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Separatçılar çıxılmaz vəziyyətdə: Ermənilərin Bakıya gəlməməsi üçün...

18-07-2023, 12:55 0 dəfə baxılıb





Qarabağda qalan separatçılar çıxılmaz vəziyyətdədir.

Publika.az xəbər verir ki, separatçıların başçısı Araik Arutyunyanın dünən axşam səsləndirdiyi fikirlər bunu təsdiq etdi.

Araikin çıxışının mahiyyəti separatçı rejimi qoruyub saxılamaqdır.

Birincisi, Araik Qarabağdakı erməni əhalisini mövcud vəziyyətə dözməyə, “mübarizə” aparmağa çağırır, o cümlədən, Azərbaycanın ermənilərə qarşı “nifrəti”ndən bəhs edir.

Bu, erməni əhalisinin reinteqrasiya perspektivinin qarşısını almağa hesablanmış çıxışdır. Mövcud vəziyyət separatçıların bunu dilə gətirməsini zəruri edir. Çünki Laçın yolundan yüklərin keçidi dayanıb və rəsmi Bakı erməni əhalisinin təminatının Ağdamdan həyata keçirilə biləcəyini irəli sürür. Bu təklif Brüssel görüşündə Avropa İttifaqı tərəfindən dəstəkləndi. Digər tərəfdən, zamanla erməni əhalisinin də bu təklifə müsbət yanaşacağı perspektivi görünür, xüsusilə ermənilərin Laçın postundan istifadə etdikdən sonra azərbaycanlılar haqda yaradılmış “düşmən obrazının” siyasi məqsəd daşıdığının şahidi oldular. Separatçılar erməni əhalisini yenidən nifrətə, düşmənçiliyə körükləməyə çalışır, istisna deyil ki, bu məqsədlə təxribat da törədə bilərlər.

İkincisi, Araik Azərbaycanla “dialoqa” hazır olduqlarını, lakin Bakının bunu qəbul etmədiyini deyir.

Separatçıların “dialoq” istəyi “tərəf” kimi qəbul edilmək istəyindən qaynaqlanır. Rəsmi Bakının onlara sonuncu təklifi isə təslim olmaqla bağlı olub.

Üçüncüsü, Qarabağda “aclıq oyununu” davam etdirir, hər şeyin tükəndiyini iddia edir.

Halbuki, sosial mediada Qarabağdakı ermənilərin dəbdəbəli şənliklərindən videolar paylaşılır, hətta separatçı rejim dünən erməniləri dəbdəbəli şənliklərdən kadrlar paylaşılmamağa çağırıb. Araik isə çörəkdən tutmuş dərmana qədər hər şeyi “yoxa” çıxarıb. Onlar bununla diqqəti üzərlərinə çəkmək, beynəlxalq dəstək əldə etməyə çalışırlar. Hərçənd, beynəlxalq ictimaiyyətin ərzaq təminatı ilə bağlı Ağdam marşrutunu qəbul etməsi separatçıların vəziyyətini daha da çətinləşdirir. Çünki məqsəd həqiqətən də humanitar məsələdirsə və həqiqətən də ermənilərin humanitar problemi varsa, Azərbaycan bunu həll etməyə hazırdır. Bunun fonunda separatçıların “aclıq ssenarisi” qəbul olunmur.

Araikin çıxışı separatçıların yolun sonuna çatdıqlarının etirafıdır. Onun şantaja əl atması, bir həftə ərzində yol açılmayacağı təqdirdə “tədbirlər görəcəkləri” haqda dedikləri də bundan qaynaqlanır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930