ABŞ İranla müharibəyə hazırlaşır? - Dövlət Departamentindən AÇIQLAMA
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ təyyarədaşıyan gəmisi və qırıcılarının Hörmüz boğazına göndərilməsinin İranla müharibəyə hazırlıqla bağlı olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Miller əlavə edib: "Biz İranı dünya neft tədarükünün təxminən 20%-ni daşıyan bu kritik dəniz yolu boyunca azad ticarəti təhdid edən, sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq".
Miller ABŞ-ın bölgədəki hərbi varlığının artmasının səbəbi kimi davam edən təhdidləri göstərib. O, həmçinin vurğulayıb ki, bu, Vaşinqtonun müttəfiqləri ilə koordinasiyada həyata keçirilir.
Bundan əvvəl Pentaqonun sözçüsü Sinq ABŞ-ın Hörmüz boğazına "F-16" və "F-35 qırıcıları, həmçinin USS Thomas Hudne esminesi göndərəcəyini açıqlamışdı.
Belə bir tədbirin məqsədi ABŞ-ın maraqlarının qorunması və naviqasiya azadlığı adlandırılıb.
Bu avadanlığın boğaza göndərilməsinə səbəb kimi Hörmüz boğazında son vaxtlar baş vermiş bir neçə narahatedici hadisə göstərilib.
Esminesin boğazda qalma müddəti müəyyən edilməyib