bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Araik Azərbaycan kəşfiyyatından qaçmaq üçün bu yola əl atdı

19-07-2023, 11:02 0 dəfə baxılıb




Qarabağdakı separatçı rejim Azərbaycan kəşfiyyatından yayınmaq üçün yeni metoda əl atır.

Publika.az xəbər verir ki, Ermənistandakı “Zəngi” telekommunikasiya şirkəti ilə separatçılar arasında müqavilə imzalanıb.

Layihəyə görə, “Zəngi” şirkəti separatçıların danışıqlarının məxfiliyini qorumaq istiqamətində addımlar atacaq. Belə ki, mülki danışıq operatoru hərbiləşdiriləcək. Şirkətin rəhbəri Vahram Martirosyan bildirib ki, bu ideya 2016-cı ilin aprel müharibəsindən sonra gündəmə gəlib. Məqsəd müasir və qorunan rabitə sisteminin yaradılmasıdır. Araik Arutyunyan da daxil olmaqla separatçı rejimin rəhbərliyi bu rabitə vasitəsindən istifadə etməklə danışıqların məxfiliyini təmin edə biləcəklər.

Hesab edirlər ki, bununla Azərbaycan kəşfiyyatının onları dinləməsinin qarşısını ala biləcəklər. Məlumatlara görə, “Zəngi” şirkəti 6 ay öncədən başlayaraq, infrastrukturun yaradılması istiqamətində işləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930