bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan: “Sülh olması həm mümkün, həm də zəruridir”

2-08-2023, 09:00 0 dəfə baxılıb




“Sülh olması həm mümkün, həm də zəruridir. Bu mənim inamım, mövqeyimdir.

Bunu “Euronews” telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Mən buna inanıram. Amma bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüansları anlaması, bizim niyə sürətli templə irəliləmədiyimizi aydın şəkildə bilməsi vacibdir. İcazə verin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldəki sondan əvvəlki görüşümüzə qayıdaq. Azərbaycan Prezidenti İlham Əliyev ilə mən razılaşdıq, daha doğrusu, belə bir anlayışa gəldik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın ərazisi 29 800 kvadrat kilometr, Azərbaycanın ərazisi isə 86 600 kvadrat kilometrdir”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031