bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Aleksey Danilov: “Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək hüququ var”

3-08-2023, 14:07 0 dəfə baxılıb





“Ukraynanın Rusiya Federasiyası ərazisinə zərbə endirmək üçün yerli hərbi-sənaye kompleksi tərəfindən hazırlanmış silahlardan istifadə etməsinə dair heç bir qadağa yoxdur”.

Bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Yedinıye novosti” telemarafonunun efirində deyib.

O vurğulayıb ki, əgər işğalçı ölkə Ukraynaya qarşı nəhəng hərbi kampaniyaya başlayıbsa və Rusiyanın hücumları nəticəsində ölkədə mülki şəxslər, o cümlədən də uşaqlar ölürlərsə, o zaman necə hansısa tabulardan söhbət gedə bilər?

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Ukrayna tərəfinin tərəfdaş ölkələrlə onların silahlarından Rusiya ərazisində istifadə etməmək barədə razılaşmalarına diqqət çəkib. Bu ona görə lazımdır ki, tərəfdaş ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakda ittiham etməsinlər.

Lakin Danilov qeyd edib ki, bu qadağa Ukrayna istehsalı olan silahlara şamil edilmir.

“Demək istəyirəm ki, biz bu istiqamətdə müəyyən nailiyyətlər əldə etmişik. Baxmayaraq ki, hər şeyi demək olmaz, lakin CNN nümayəndələrinin dəniz dronları haqqında öyrəndikləri çox məhdud sayda ölkənin sahib olduğu şeylərdir”, - deyə o bildirib.

Aleksey Danilov, həmçinin, əlavə edib ki, hazırlanan bu cür silahlar döyüş tapşırıqlarını əla yerinə yetirməyə qadirdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930