Paşinyan: “Azərbaycanla sülh əldə etmək imkanı var”
“Azərbaycanla uzunmüddətli sülh əldə etmək imkanı var”.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlər Alma-Ata Bəyannaməsi ilə müəyyən edilib və Praqa razılaşması ilə təsdiqini tapıb.
“Delimitasiya prosesi onların möhkəmlənməsinə və dövlət sərhədinin “yerdə” əks olunmasına imkan verəcək”, - N.Paşinyan əlavə edib.