Trampın üçüncü dünya müharibəsi proqnozu: "Silahlar hazırda o qədər güclüdür ki..."
ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə milyarder Cənubi Karolina ştatında ABŞ Respublikaçılar Partiyasının tərəfdarlarının tədbirində danışıb. Çıxış RSBN media şirkətinin Yotube kanalında canlı yayımlanıb.
“Silahlar hazırda o qədər güclüdür ki, bütün dünyanı məhv etməyə qadirdir. Mən buna icazə verməyəcəyəm. Və inanıram ki, bunun qarşısını ala bilən yeganə şəxs mənəm”, - Tramp bildirib.
Eks-prezident həmçinin Ukraynadakı münaqişəni həll edə biləcəyinə söz verib. Onun sözlərinə görə, bunu yenidən dövlət başçısı vəzifəsini tutmazdan əvvəl edəcək. Siyasətçinin fikrincə, o, münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev üçün məqbul olan yollar tapa biləcək.
Donald Tramp dəfələrlə bəyan edib ki, seçkidə qalib gəlsə, Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə cəmi 24 saat ərzində nail ola biləcək.