Xaçmazda faciə: Pəncərədən yıxılan iki yaşlı uşaq öldü
Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq ölüb.
“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Qoçaqqazma kənd sakini, ailəsinin himayəsində olan 2021-ci il təvəllüdlü Z.H. Əzizağayev fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.
Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.