bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Moskva meri: “Şəhərə dron hücumu cəhdi olub”

20-08-2023, 12:24 1 dəfə baxılıb





"Rusiyanın paytaxtı Moskvaya dron hücumu cəhdi olub. Bu cəhdlər hava hücumundan müdafiə vasitələri tərəfindən qabaqlanıb".

Bu barədə paytaxtın meri Sergey Sobyanin "Teleqram"da bildirib.

“Gecə Moskvaya cənub yönündən dronla soxulmağa cəhd edilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən qabaqlanıb”, - Sobyanin diqqətə çatdırıb.

Məlumatda dronun harada zərərsizləşdirildiyi aydınlaşdırılmayıb.

Xatırladaq ki, bu gecə Moskvanın iki hava limanında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb.

Bundan başqa, Ukrayna ilə həmsərhəd olan Kursk şəhərinin dəmir yolu vağzalına dron hücumu olub, 5 nəfər yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930