Gümrüdə xidmət aparan rusiyalı hərbçilər erməniləri döyüblər
Ermənistandakı 102-ci Rusiya hərbi bazasında xidmət aparan rusiyalı hərbçilər Ermənistan vətəndaşlarını döyüblər.
Erməni mətbuatı yazır ki, hadisə Gümrüdəki kafelərdən birində baş verib.
Kafedə alkoqollu içki qəbul edən rusiyalı hərbçilər səs-küy salıblar.
İaşə obyektində çalışan işçilərin onları sakitliyə riayət etməyə dəvət etmələri rusiyalı hərbçilərin xoşuna gəlməyib və nəticədə mübahisə yaranıb.
Artıq insidentlə əlaqədar Rusiya Silahlı Qüvvələrinin üç hərbçisi saxlanılıb.