ZİRVƏ YOLU JURNALINA YENİ TƏYİNAT
“Zirvə Yolu” jurnalı və qəzeti yarandığı gündən dövlətçiliyin təbliğini özlərinə qayə bilən milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirəcək mətbu orqanıdır. Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini indiki və gələcək nəsillərə çatdırmaq kimi müqəddəs vəzifəni daşıyan kollektivin yeni baş redaktoru azərbaycanlı adını qürur və iftixarla daşıyan ARİF BARATZADƏ ilə Sizləri tanış edirik. BARATZADƏ ARİF RÜZGAR OĞLU 13.07.1979-cu ildə Gəncə şəhərində anadan olub. 1996-cı ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Aqrar Universitetinin “Biznesin Təşkili və İdarəetmə” fakultəsinə daxil olub, 2000-ci ildə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Təhsilin davam etdirərək magirstraturaya daxil və 2002-ci ildə oranı da fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə zabit kimi hərbi xidmətə gedib, 2006-cı ildə ordu sıralarından təxris olunub. 2006-ci ildən 2010-cu ilə kimi Əmlak Məsələləri üzrə Dövlət komitəsində baş məsləhətçi, 2010-cu ildən baş məsləhətçi, 2011-ci ildən 2018-ci ilə 6 saylı Ərazi Şöbəsində müavin vəzifəsində çalışıb. 2018-ci ildə “Zirvə yolu” jurnalı redaksiyasında bölgə müxbiri, sonralar isə redaktor vəzifəsində çalışıb.
Əminik ki, dövrümüzün öz dəsti-xətti ilə mətbuat salnaməmizin bir qolu kimi “Zirvə Yolu” jurnalı bugünkü uğurlarımızı, keçdiyimiz inkişaf yolunu olduğu kimi Arif Baratzadə nin rəhbərliyi ilə milli ruhun güclənməsi, vətənçilik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərə çarpacaq bir dalğalanma yaradacaq və gələcək nəsillərə çatdıracaqdır. Vətənpərvərliyin, milli dövlətçiliyin, qəhrəmanlığın, bahadırlığın, ümumilikdə azərbaycançılığın təbliğ edilməsində öz töhfəsini verməkdə davam edəcək. Arzu edirik ki, yeni vəzifənizdə Azərbaycan naminə, dünyada yüksək nüfuzu uğrunda mübarizədə daha da yüksələ və hamımız üçün qürur mənbəyinə çevirə biləsiniz.