bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Naxçıvan Gənclər və İdman Nazirliyinin iki vəzifəli şəxsi işdən çıxarılıb

25-08-2023, 12:20 3 dəfə baxılıb




Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi işdən azad olunub.

“Nuhçıxan” İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Məcid Seyidovun imzaladığı əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Tahir Məmmədli vəzifədən azad edilib. Eyni zamanda, digər əmrlə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov da işdən azad olunub.

Məcid Seyidovun əmrinə əsasən, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin yeni rəisi də təyin edilib. Bu vəzifəyə Tahir Məmmədli təyinat alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031