bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ərdoğanla Putin razılıq əldə edəcək: Detallar sızdırıldı

28-08-2023, 14:17 0 dəfə baxılıb

Ərdoğanla Putin razılıq əldə edəcək: Detallar sızdırıldı




Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı danışıqlar taxıl müqaviləsinin gələcəyinə böyük ölçüdə işıq salacaq.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti mənbəsinə istinadən məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyənin bütün müvafiq departamentləri bu istiqamətdə iş aparır. Eyni zamanda, o vurğulayıb ki, proses Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə razılaşdırılır. BMT də bu danışıqları izləyəcək.

Mənbə danışıqların konstruktiv olacağına və Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpası üçün imkanların açılacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Ərdoğanın Rusiyaya səfər planları ilə bağlı məlumat yayılmışdı. Görüşün əsas mövzusunun taxıl müqaviləsi və onun bərpası olacağı dəqiqləşib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu görüş yaxın vaxtlarda baş tutacaq və bu, “çox ciddi şəkildə hazırlanır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30