Ermənilərin “Laçın” postu ilə bağlı yalanı ifşa edildi - VİDEO
Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan ictimaiyyətinə yönəlmiş növbəti təxribatyönümlü məlumat yayımlanıb.
Ermənilərin iddialarına görə, Laçın yolunda Azərbaycan tərəfindən istifadəyə verilmiş nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti Rusiya sülhməramlı kontingenti tərəfindən dayandırılıb.
Qeyd edək ki, nəzarət-buraxılış məntəqəsi adlandırılan bu yer əslində sərhəd-buraxılış məntəqəsidir və fəaliyyətini dayandırmayıb.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: