bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyalı ekspert: “Ermənistan və ABŞ-nin birgə təlimləri Rusiyaya qarşı düşmənçilik aktıdır”

8-09-2023, 10:16 0 dəfə baxılıb




“Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi və ABŞ hərbçilərini öz ölkəsinə dəvət etməsi Rusiyaya münasibətdə dost addım deyil, düşmənçilik aktıdır”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın bu qərarı Moskvanın, Rusiya rəhbərliyinin qəzəbinə səbəb olub”, - deyə o qeyd edib.

“Doğrudur, Rusiya rəhbərliyinin reaksiyasının nəticə etibarı ilə necə olacağını söyləmək çətindir. Amma aydındır ki, Rusiya rəhbərliyi Ermənistana qəzəblidir. Əminliklə deyə bilərəm ki, Rusiya Ermənistana qarşı siyasətini fəallaşdırmaq qərarına gəlib və qəti addımlar atmağa hazırdır. Çünki belə bir düşüncə var ki, sadəcə gözləmək vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq”, - deyə S.Markov vurğulayıb.

Qeyd edək ki, Ermənistan və ABŞ-nin “EAGLE PARTNER 2023” adlı birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031