bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zaqatala sakininə hücum edən çaqqalın başını əzdilər

15-05-2019, 13:53 440 dəfə baxılıb

Zaqatala sakininə hücum edən çaqqalın başını əzdilər


Zaqatalada kənd sakininə hücum edən çaqqaldan analiz nümunələri götürmək mümkün olmayıb.

Beş.az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, hadisə baş verəndən sonra çaqqal öldürülərək pis vəziyyətə salınıb: "Hadisə rayonun Muğanlı kəndində baş verib, xəsarət alan şəxs kənd sakini, 1962-ci il təvəllüdlü Fərman Qurbanəliyevdir. Hadisədən sonra çaqqal öldürülüb və başı yararsız vəziyyətə salınıb. Bu səbəbdən heyvanın başından nümunə götürmək mümkün olmayıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilərək quduzluq əleyhinə iynə vurulub.

Bununla yanaşı, Dövlət Baytarlıq Xidmətinin yerli orqanı əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, hadisə yeri və ətraf ərazi dizinfeksiya olunub.

Xatırladaq ki, Zaqatala rayonunun Muğanlı kəndində kənd sakini, 1962-ci il təvəllüdlü Fərman Qurbanəliyev torpaq sahəsində işləyərkən çaqqalın hücumuna məruz qalıb. Hücum zamanı ayağından xəsarət alan F.Qurbanəliyev daha sonra çaqqalı öldürüb.

Sağ ayağının baldır nahiyəsindən xəsarət alan Fərman Qurbanəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30