bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Hindistanda iki yol qəzasında 13 nəfər həlak olub

22-01-2025, 14:15 0 dəfə baxılıb

  Çərşənbə günü Hindistanın cənubundakı Karnataka ştatında baş verən iki yol qəzasında azı 13 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

 Sinxua agentliyinə istinadla xəbər verir ki, polis orqanlarının məlumatına görə, yerli vaxtla saat 05:30 radələrində Karvar şəhərində yük maşınının aşması nəticəsində 9 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Onların hamısı yaxınlıqdakı topdansatış bazarına tərəvəz məhsulları daşıyan satıcılar olub.

Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.

Həmin gün Rayçur rayonunda içərisində 15 nəfərin olduğu avtomobil qəzaya uğrayıb. Üçü tələbə olmaqla dörd nəfər ölüb, 10 nəfər isə yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031