bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Beyləqanda avtomobil daş lövhəyə çırpıldı: Ölən var

1-02-2025, 16:00 3 dəfə baxılıb

 Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizimlider "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzov idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031