Övladlarının gözü qarşısında boğularaq ölüb
Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün saat 16:00 radələrində rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıq edib və ayağı sürüşərək suya yıxılıb.
Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb.
Məlumata görə, Xalid Ömərov balıq tutmağa 3 azyaşlı övladı ilə gedib və hadisə də övladlarının gözü qarşısında baş verib. Uşaqlar suda boğulan atalarına kömək etmək üçün kənd sakinlərini əraziyə çağırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. X.Ömərovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.