bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda faciə - ÖLƏNLƏR VAR

4-05-2020, 16:57 132 dəfə baxılıb

Azərbaycanda faciə - ÖLƏNLƏR VAR
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bizimlider.com "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30