bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda dəhşətli qəzada ölən hərbçilərdən biri şəhid oğlu imiş - FOTO

27-05-2020, 11:03 157 dəfə baxılıb

Azərbaycanda dəhşətli qəzada ölən hərbçilərdən biri şəhid oğlu imiş - FOTO
Ötən gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində həlak olan hərbçilərdən biri şəhid övladı imiş.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, dörd hərbi qulluqçunun və bir mülki şəxsin həlak olduğu qəzada həyatını itirənlərdən biri də Lerik rayonu Siyov kəndində anadan olan, Aprel Döyüşlərində iştirak etmiş ordumuzun giziri Ceyhun Qafarov olub.

Ceyhun Qafarovun atası, mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.

Qeyd edək ki, mayın 26-sı, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı, 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü, Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə, “Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri - 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə “Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər.

“Opel Vectra” markalı avtomobilin sürücü və “Saipa Saina EX” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Azərbaycanda dəhşətli qəzada ölən hərbçilərdən biri şəhid oğlu imiş - FOTO
Azərbaycanda dəhşətli qəzada ölən hərbçilərdən biri şəhid oğlu imiş - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30