bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

17-07-2020, 11:50 153 dəfə baxılıb

Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var - FOTO/VİDEO
Bakının Qaradağ rayonunda 2 nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Lökbatan və Qobu qəsəbələrini birləşdirən yolda qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı “VAZ-2107”nin sürücusü və “VAZ-21099”da olan qadın sərnişin hadisə yerində ölüb.

Hadisə zamanı 49 yaşlı Nəsibova Arzu Xanoğlan qızı, 32 yaşlı Xəlilova Sevinc Sahil qızı, 25 yaşlı Məlinova Günel Mustafa qızı və 17 yaşlı Sultanova Nisə Kazım qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30