bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Astaradakı güclü yanğın söndürüldü - YENİLƏNİB

11-01-2021, 21:33 195 dəfə baxılıb

Astaradakı güclü yanğın söndürüldü - YENİLƏNİB
Ötən gün axşam saatlarında Astara rayonunun Alaşa kəndi yaxınlığında qayalıq ərazidə başlanan yanğın saat 17:05-də söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

10:47

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonunun Alaşa kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, 15 hektar sahədə quru ot və kol-kos yanır. Yanğının çətin keçilən mürəkkəb relyefli qayalıq ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən əlavə qüvvələr cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğının söndürülməsində iştirak edir.

Əlavə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031