bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda GÜCLÜ YANĞIN

23-01-2021, 14:09 177 dəfə baxılıb

Azərbaycanda GÜCLÜ YANĞIN
Samuxda yanğın hadisəsi baş verib.

Bizimlider.com APA-nın yerli bürosunun məlumatına görə bildirir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Kənd sakini Qurbanov Eldara məxsus tövlədə anidən yanğın başlayıb. Yanğın zamanı tövlədə olan ev quşları yanaraq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğını söndürməyə gələn kənd sakinləri - 1988-ci il təvəllüdlü Qurbanov Rüfət Eldar oğlu və 1998-ci il təvəllüdlü Bayramov Xəyal Xeyrəddin oğlu tüstüdən zəhərləniblər.

Kənd sakinləri xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Hadisənin başvermə səbəbləri araşdırılır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30