Bakıda yaşayış binasında yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə istinadən Bizimlider.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bizimlider.com