Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində iki dinc sakin ölüb
Rusiya hərbçilərinin Donetsk vilayətinin Dobropolye bölgəsinə endirdiyi zərbə nəticəsində 2 dinc sakin ölüb, daha 3 nəfər yaralanıb.
BizimLider.com xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko “Facebook” səhifəsində məlumat verib.
"Ən azı 2 ölü və 3 yaralı Rusiyanın Dobropolyeyə endirdiyi zərbənin nəticələridir. Yaralılar arasında iki 4 və 7 yaşlı uşaq da var", - deyə Kirilenko yazıb.
Hərbi rəhbərliyin sözlərinə görə, ruslar dinc əhalini vurduqlarını dəqiq bilirlər, bunu şüurlu və məqsədyönlü şəkildə edirlər.
Bununla bağlı o, yenidən Donbass sakinlərini təxliyə etməyə çağırıb.