Rusiyanın Ukrayna ilə sərhədyanı ərazisindəki partlayışda üç nəfər ölüb
Rusiyanın Ukrayna ilə sərhədyanı ərazisində silsilə partlayış olub.
BizimLider.com TASS-a istinadən xəbər verir ki,hadisə Belqorod şəhərrində olub.
Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Vilayət qubernatoru ərazidə dağıntıların olduğunu bildirsə də, tam olaraq nəyin baş verdiyini izah etməyib.