Zaqatalada leysan yağışları və güclü külək fəsadlar törədib - FOTO
Zaqatalada leysan yağışları və güclü külək bir sıra fəsadlar törədib.
BizimLider.com-un şimal-qərb bürosunun məlumatına görə, iyulun 3-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinin rayonlarında qeyri sabit hava şəraiti höküm sürüb. Qeyri sabit hava şəraiti bölgədə daha çox Zaqatala rayonu ərazisində özünü göstərib. İyulun 4-ü gecə saatlarında rayonun dağlıq ərazilərinə yağan leysan yağışları nəticəsində rayonun mənbəyini dağlardan götürən çaylarında suyun səviyyəsi ötən günlərə nisbətən kəskin artıb.
Rayonun Yuxarı Çardaqlar, Muxax, Qımır, Bazar və Çobankol, Mamrıx, Bəhmətli və Lahıc kəndlərinin ərazisinə yağan leysan yağışları nəticəsində ümumilikdə 200-ə yaxın evin həyətyanı sahəsinə yağış suları dolub. Həyatyanı sahələrdəki təsərrüfatlara və əkin sahələrinə ziyan dəyib. Güclü külək səbəbindən rayon ərazisində bir neçə yerdə iri gövdəli ağac yıxılıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda aidiyyəti qrumlar dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır.
Foto