bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məhkəmə 5 kq heroinlə tutulan şəxsə bəraət verib

15-07-2022, 15:07 42 dəfə baxılıb

Məhkəmə 5 kq heroinlə tutulan şəxsə bəraət verib


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BizimLider.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, Elvin Hüseynovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Onda 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzinin aşkarlandığı bildirilib.

Elvin Hüseynova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031