Bakı-Bodrum reysi texniki səbəblərə görə gecikir
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindənBizimLider.com-a verilən məlumata görə, sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.