bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda evlərdən 33 min manatlıq oğurluq olub

10-08-2022, 13:01 89 dəfə baxılıb

Bakıda evlərdən 33 min manatlıq oğurluq olub

Bakıda evlərdən oğurluq edilib.
Bizimlider.com APA-ya istinad olaraq verdiyi məlumata əsasən, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 19160 manat dəyərində pəncərə, kombi, elektrik naqili və çilçıraq oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki evlərin birindən 14125 manat dəyərində televizor, mobil telefon, noutbuk, planşet, modem, skuter, samovar, tozsoran və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ə.Maşallayev və X.Sadıxova saxlanılıblar.

Şəxsi axtarış zamanı Ə.Maşallayevdən metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizimlider.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30